"Qarabağ" nazirliyin bərbad meydançasında oynayacaq
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında XX tura bu gün start veriləcək.
"İmişli" "Qarabağ"ı qəbul edəcək. İmişli komandası yarışa qeyri-peşəkar yanaşdığından, stadionunda problemləri həll etmədiyindən ev matçlarını Quba Olimpiya İdman Kompleksinin bərbad meydançasında keçirir. Kompleks Gənclər və İdman Nazirliyinin balansında olsa da, qurum rəhbərliyi məsuliyyətsizlik edərək, meydançanı yeniləmir. Buna görə də, komandalar Quba stadionunda əziyyət çəkir.
"Zirə" paytaxtda "Karvan"la qarşılaşacaq.
14 fevral (şənbə)
“İmişli” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba OİK stadionu, 14:30
“Zirə” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00