"Qarabağ" "Şamaxı"ya qarşı
Futbol
23
04 Mart 2026 - 15:11
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşləri davam edir.
Supersport.Az xəbər verir ki, ikinci oyun günündə bir matç keçiriləcək.
"Qarabağ" "Şamaxı"nı qəbul edəcək. Ağdam klubu ilk görüşdə rəqibinə 1:2 uduzmuşdu.
Azərbaycan Kuboku
1/4 final
Cavab oyunları
4 mart (çərşənbə)
19:00. "Qarabağ" - "Şamaxı" (ilk oyun - 1:2)
Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Fərid Hacıyev