"Qarabağ"ın potensial rəqibləri

"Qarabağ"ın potensial rəqibləri
Futbol
115
24 May 2026 - 21:02

Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının I təsnifat mərhələsində yarışacaq "Qarabağ"ın potensial rəqibləri məlum olub. Oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.


Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. "Qarabağ", həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.


Ağdam klubunun mümkün rəqiblərinin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalardır: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).


Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.

Digər xəbərlər