"Kəpəz" Azər Bağırovu vəzifədə saxlamadı
Futbol
93
30 May 2026 - 17:43
Supersport.Az xəbər verir ki, premyer liqada qalan "Kəpəz" klubu baş məşqçi Azər Bağırovla yolları ayırıb.
Gəncə komandası bu haqda məlumat yayıb:
"Təşəkkürlər, Azər Bağırov!🤝
Müqavilə müddəti başa çatan baş məşqçimiz Azər Bağırovla yeni anlaşma əldə olunmayıb. Mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayırıq. Azər Bağırova klubumuzda çalışdığı müddətdə göstərdiyi əməyə və komandanın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik".