"Neftçi"nin hazırlıq planı

"Neftçi"nin hazırlıq planı
Futbol
138
17 İyun 2026 - 10:13

Supersport.Az xəbər verir ki, "Neftçi" PFK-nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib. UEFA Konfrans Liqasında iştirak edəcək Komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – "Palms Sports" Futbol Mərkəzində keçəcək.


Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya "Partizan"ı olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.


"Neftçi"nin mətbuat xidməti bu xəbəri yayıb.

Digər xəbərlər