"Qarabağ"ın ikinci mərhələdə potensial rəqibləri

"Qarabağ"ın ikinci mərhələdə potensial rəqibləri
Futbol
134
17 İyun 2026 - 15:13

Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasında 2026/27 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb.

 

Ağdam komandasının potensial rəqibləri də müəyyənləşib. I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibi növbəti raundda MOİK (Sofiya, Bolqarıstan) – “Derri” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Bu mərhələnin ilk matçları iyulun 23-də, cavab görüşləri 30-da keçiriləcək. Komandamız ilk mərhələni adlasa, II təsnifat mərhələsinə evdə başlayacaq.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da keçiriləcək. “Qarabağ” “Vestri”yə qarşı ilk görüşü evdə keçirəcək.



Digər xəbərlər