CAS UEFA-nın qərarını saxladı: "Turan" yarışa buraxılmadı
Futbol
168
16 İyun 2026 - 00:10
Supersport.Az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz" klubunun müraciəti ilə bağlı qərarını açıqlayıb.
Qurum UEFA Appelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.
"Turan Tovuz" bu haqda məlumat yayıb.
"15 iyun tarixində verilən qərara əsasən, bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazandığımız UEFA Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcəyik".
Bu qərardan sonra "Neftçi" Azərbaycanı UEFA Konfrans Liqasının 2-ci, "Zirə" isə 1-ci mərhələsində təmsil edəcək.