"Qarabağ" "Sportinq"in yetirməsini gətirdi - Foto

"Qarabağ" "Sportinq"in yetirməsini gətirdi - Foto
Futbol, Foto
113
16 İyun 2026 - 21:41

Supersport.Az xəbər verir ki, "Qarabağ" növbəti transferini gerçəkləşdirib.


Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

 

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 

 

2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.

 

Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.



Digər xəbərlər