"Neftçi"nin futbolçusu "Pafos"a keçdi
Futbol
166
15 İyun 2026 - 22:24
"Neftçi"ni tərk edən Murad Məmmədov karyerasını Kiprdə davam etdirəcək.
Supersport.Az xəbər verir ki, 20 yaşlı vinger "Pafos"la anlaşıb. Klubun mətbuat xidməti beıə məlumat yayıb.
"Pafos" ölkə kubokunu qazanıb, çempionatda 4-cü olub.
Azərbaycanın U-21 milisinin üzvü Kipr təmsilçisiylə 2030-cu ilin yayına kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Murad Məmmədov "Neftçi"nin yetirməsidir. Gənc futbolçu 2025/26 mövsümündə Bakı təmsilçisinin heyətində 19 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.