"Neftçi"də 3 məğlubiyyət, 1 qələbə

"Neftçi"də 3 məğlubiyyət, 1 qələbə
Futbol
103
14 İyul 2026 - 16:22

Supersport.Az xəbər verir ki, "Neftçi" Sloveniya təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 4 oyunun 3-də məğlub olub, 1 qələbə qazana bilib.


Azərbaycan komandası son yoxıama matçında Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu Lendava stadionunda baş tutan görüşün 74-cü dəqiqəsində Admir Lyatifi vurub.


"Neftçi"nin heyəti belə olub:


13.Kenan Piriç (1.Emil Balayev, 46), 5.İqor Ribeyro (17.Murad Xaçayev, 75), 6.Sessi D’Almeyda (18.İfeanyi Metyu, 63), 8.Emin Mahmudov (K) (7.Emil Səfərov, 46), 11.İmad Faraj, 20.Qustavo Klisman (4.Elvin Camalov, 75), 24.Mustafa Sek (3.Rüfət Abbasov, 46), 29.Lyubomir Tupta (97.Bassala Sambu, 63), 33.Breno Almeyda (70.Andrey Ştoqrin, 75), 55.Endryu Qravilyon (14.Elvin Bədəlov, 75), 77.Falaye Sako.


Qeyd edək ki, iyulun 2-də "ÇFR Kluj" (1:2), 6-da "Partizan" (0:1), 10-da isə "Radniçki Niş" (3:0) ilə qarşılaşan "Neftçi" bununla da toplanışı başa vurub. Komanda bu gün Bakıya qayıdacaq.

Digər xəbərlər