"Qarabağ" Avroliqaya zəfərlə başladı
Futbol
87
09 İyul 2026 - 21:53
"Qarabağ" Avropa Liqasında bu mövsüm ilk matçını keçirib.
Supersport.Az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu sınağa çəkib.
"Qarabağ" 3:0 hesablı qələbə qazanıb.
Bakının Tofiq Bəhramov adına Respublika stadionunda başlayan oyunu Moldovadan olan hakimlər idarə ediblər.
Komandalar arasında cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
20:00. "Qarabağ" – "Vestri" 3:0
Qollar: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2, Renaldo Sefas 87
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.