Qurban Qurbanov Kamilo Duranın "Seltik"ə keçidindən danışdı - Video
Futbol, Eksklüziv, Video
116
09 İyul 2026 - 06:26
Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Kamilo Duranın "Seltik"ə getməsi haqda açıqlamasını videogörüntüyə alıb.
"Duran bizim əsas oyunçumuz idi. Avropa oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə qarşı diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı. Yeni transferlərdən bəziləri sabah meydanda olacaq".