"SSKA ilə oyuna daha yaxşı hazırlaşmalıyıq" - Qurban Qurbanov  

"SSKA ilə oyuna daha yaxşı hazırlaşmalıyıq" - Qurban Qurbanov  
Futbol
286
17 İyul 2026 - 02:21

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiya "Vestri"sinə 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunu haqda fikirlərini bölüşüb.


Ağdam  komandası iki oyunun cəmində 6:0 hesablı qələbə ilə 2-ci mərhələyə adlayıb. "Qarabağ" növbəti mərhələdə Bolqarıstan SSKA-sı ilə qarşılaşacaq.


Q.Qurbanov həm komandasının çıxışına, həm də Azərbaycan təmsilçilərinin avrokuboklardakı uğurlu nəticələrini yüksək qiymət verib. 


Mütəxəssis, SSKA-ya qarşı daha yaxşı hazırlaşmalı olduqlarını da vurğulayıb:  


"Yaxşı oyun alındı. Uzun səfərə baxmayaraq, qələbə bizim üçün çox vacib idi. İki oyunun yekununda 6 qol vurub qol buraxmamağımız yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm.


Bu, ilk mərhələ idi. Qarşıda bizi Bolqarıstan SSKA-sı gözləyir. Artıq sabahdan rəqibi daha yaxından öyrənməyə başlayacağıq. Çünki hələ çatışmazlıqlarımız var və növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq. Ancaq bu gün əvvəlki matçla müqayisədə hava şəraitini də nəzərə alsaq, daha diqqətli oynadıq. Qarşıdakı görüşə qədər vaxtımız var. İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq.


Həmçinin "Sabah"ı və "Zirə"ni də təbrik edirəm. Altı oyunda altı qələbə qazandıq. Bu nəticələr ölkəmizin reytinq xallarının artması baxımından çox önəmlidir. Bütün komandalarımıza uğurlar arzulayıram"

Digər xəbərlər