"Sumqayıt"dan hörmətsizlik
Futbol, Eksklüziv
181
17 İyul 2026 - 23:10
Supersport.Az-ın məlumatına görə, "Sumqayıt" klubunun rəhbərliyi futbol ictimaiyyətinə hörmətsizlik edib.
Belə ki, Peşəkar Futbol Liqasının təşkil etdiyi Azərbaycan Premyer Liqasında yeni mövsümün püşk mərasiminə Sumqayıt komandası heç bir nümayəndə göndərməyib.
Çempionatda iştirak edəcək 12 klubun 11-ü tədbirə təmsilçi yollasa da, Elxan Məmmədovun kadrı Riad Rəfiyev nümayəndə göndərməyi lazımsız sayıb.
"Sumqayıt" klubu bununla həm AFFA-ya, həm də PFL-ə hörmətsizlik edib, həmçinin qeyri-peşəkarlığını göstərib.