"Qarabağ"ın SSKA-yla oyunlarının vaxtı açıqlandı
Futbol
180
18 İyul 2026 - 07:47
UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ"ın 2-ci təsnifat mərhələsində Bolqarıstanın SSKA klubu ilə oyunlarının başlanacağı saatları məlum olub.
Supersport.Az xəbər verir ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək ilk matça saat 20:00-da start veriləcək.
İyulun 30-da Sofiyadakı "Vasil Levski" Milli Stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.