PFL-də seçkiylə bağlı açıqlama - Video
Futbol, Eksklüziv, Video
191
17 İyul 2026 - 21:00
Supersport.Az PFL-in texniki-idman direktoru Elgiz Abbasovun seçki haqda açıqlamasını videoya çəkib.
"PFL-in fəaliyyətini dəyərləndirərkən yalnız son 1 ilə nəzər salmamalıyıq. PFL 2022-ci ildə yeni heyətdə fəaliyyətə başladı. Çalışdıq ki, bütün qərarların icrasını maksimum şəkildə həyata keçirək. AFFA ilə çox uğurlu əməkdaşlıqlarımız oldu. AFFA-nın verdiyi bütün qərarların icrasını həyata keçirdik. Bildiyiniz kimi PFL seçkili icra orqanıdır. 29 iyul tarixində hazırkı icra orqanının səlahiyyət müddəti bitir. PFL-in ümumi yığıncağı yaxın günlərdə baş tutacaq. Bundan sonra seçki ilə bağlı məlumatlar veriləcək".