Azərbaycanın reytinq xalı artdı
Futbol, Eksklüziv
108
15 İyul 2026 - 06:35
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın UEFA reytinqində əmsalı artıb.
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda da "Sabah" Uels çempionu TNS klubunu məğlub edib. Buna görə ölkəmizin hesabına 0.250 xal əlavə olunub.
Azərbaycan hazırda 19.562 əmsalla UEFA reytinqində 55 ölkə sırasında 26-cı pillədədir.
İngiltərə (98.519 xal) liderdir.
Qeyd edək ki, Azərbaycan klubları bu mövsüm hələlik 1.000 əmsal qazanıblar. Daha əvvəl Çempionlar Liqasında "Sabah" TNS-ə, Konfrans Liqasında isə "Zirə" "Torpedo"ya, "Qarabağ" "Vestri"yə qalib gəlib.