Azərbaycan yığmasından dünya çempionatında zəif start
Supersport.Az xəbər verir ki, Bakıda güləş üzrə U17 dünya çempionatına Azərbaycan yığması zəif başlayıb.
Millimiz 2-ci yarış günündə 1 gümüş və 2 bürünc medal qazanıb.
Milli Gimnastika Arenasında təşkil edilən mundialın ikinci günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da qaliblər müəyyənləşib.
Ömər Salmanov (48 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans vermıyib – 7:1. Bununla da Salmanov cari çempionatda ilk medalçımız olub.
Orxan Həbibli (65 kq) hindistanlı Kunal Daqarla gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb – 7:5. Orxan bu qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
İsfahan Həsənov (80 kq) isə finalda iranlı Alireza Rezayiyə minimal fərqlə (1:2) məğlub olub və gümüş medalı boynundan asıb.