Azərbaycan millisi ikinci yerlə kifayətləndi - Foto

Azərbaycan millisi ikinci yerlə kifayətləndi - Foto
Digər, Güləş, Foto
102
29 İyul 2026 - 22:45

Bakıda keçirilən U17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.


Supersport.Az xəbər verir ki, Azərbaycan yığması qızıl medal qazana bilməyib.


3 gümüş və 3 bürünc medala sahib çıxan Azərbaycan millisi 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. Rusiya (127) birinci, İran (96) isə üçüncü yeri tutub.


Xatırladaq ki, böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb.

Digər xəbərlər