"Kəpəz"in rəhbəri icra başçısıyla görüşdü - Foto
Supersport.Az xəbər verir ki, "Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin yeni sədri Anar Abdullayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Görüşdə prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin bütün sahələrində olduğu kimi, idmanın inkişafını da daim diqqət mərkəzində saxladıqları vurğulanıb. Qeyd edilib ki, məhz bu diqqət və qayğının sayəsində Gəncədə müasir futbol stadionu inşa olunub. Bu idman infrastrukturu gələcəkdə "Kəpəz" futbol klubunun ev oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.
Niyazi Bayramov Anar Abdullayevi "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Anar Abdullayev isə öz növbəsində şəhər rəhbərinə üzərində Niyazi Bayramovun adı yazılmış klubun idman formasını hədiyyə edib.