Qurban Qurbanov: "Futbolçuların üzərinə artıq yük qoymaq istəmirdim"

Qurban Qurbanov: "Futbolçuların üzərinə artıq yük qoymaq istəmirdim"
Futbol
214
06 Avqust 2026 - 23:55

Supersport.Az xəbər verir ki, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Polşanın Lyublin şəhərində Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matç haqda fikirlərini bildirib.


"Xüsusi deyəcək söz yoxdur. İndi cavab oyununa hazırlaşmalıyıq. Qarşımızda müdafiədə çox nizam-intizamlı oynayan komanda var idi. Oyunun tempini artırmalı idik. Ancaq hava şəraiti buna tam imkan vermədi. Çox isti idi və futbolçuların üzərinə artıq yük qoymaq istəmirdim.


Bakıya qayıdacağıq və cavab görüşünə hazırlaşmaq üçün 5-6 gün vaxtımız olacaq. Həmçinin bu qədər uzaq yol qət edərək bu gün bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm".

Digər xəbərlər