FIFA prezidenti Canni İnfantino səhvini etiraf etdi, üzr istədi

FIFA prezidenti Canni İnfantino səhvini etiraf etdi, üzr istədi
Futbol
194
07 Avqust 2026 - 15:30

Dünya Kuboku səhmlərinin satışı qalmaqalından sonra Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino vəzifəsinə davam edəcək. Bu barədə qurum rəhbərliyinin iclasından sonra verilən açıqlamada bildirilib.


Supersport.Az-ın məlumatına görə, FIFA-nın baş katibi Mattias Qrafström və təşkilatın idarə heyətinin üzvləri  2016-cı ildən bəri FIFA prezidenti vəzifəsində çalışan və 2027-ci il seçkilərində daha bir müddətə namizədliyini irəli sürməyi planlaşdıran İnfantinoya tam dəstək verdiklərini təsdiqləyiblər.


FIFA, Dünya Kuboku səhmlərinin özəl investorlara satılması planları zamanı buraxılan səhvlərə görə milli futbol assosiasiyalarına üzr məktubu göndərib.


Xatırladaq ki, UEFA FİFA-nın kommersiya fəaliyyətinin bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq Dünya Kuboku da daxil olmaqla, FİFA-nın təşkil etdiyi bütün turnirləri boykot etmək qərarı qəbul etmişdi.


UEFA-ya üzv olan 55 milli assosiasiya belə qərar verib.


Bildirilmişdi ki, FİFA mübahisəli planından geri çəkilməyəcəyi təqdirdə, UEFA-ya üzv ölkələrin – o cümlədən Azərbaycanın – milli komandaları Dünya Kuboku və digər FİFA turnirlərində iştirak etməyəcək.


UEFA bu təşəbbüsün futbolun idarəçiliyinə və idmanın dəyərlərinə zidd olduğunu bəyan etmişdi.


Digər xəbərlər