Musa Qurbanlı: "Son dəqiqəyə kimi döyüşəcəyik"
Futbol
164
08 Avqust 2026 - 17:00
"Qarabağ"ın hücumçusu Musa Qurbanlı UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"suna qarşı keçirilən ilk oyundan (0:1) sonra paylaşım edib.
Supersport.Az xəbər verir ki, 23 yaşlı futbolçu, instaqram hesabının hekayə bölməsində komandasına dəstək mesajı yayımlayıb.
"Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdur".
Qeyd edək ki, “Qarabağ” ilk görüşdə Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.