"Neftçi"nin birinci liqa klubuna gücü çatdı
Futbol
95
08 Avqust 2026 - 22:57
Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən "Neftçi" yoxlama oyununda I Liqa təmsilçisi "Şahdağ Qusar"la qarşılaşıb.
"Ağ-qaralar"ın 3:1 hesablı qələbə qazanıb. "Neftçi" 22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra "Şahdağ"lı futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub. "Şahdağ"ın qolu isə 81-ci dəqiqədə vurulub.