"Qarabağ"a qol vuran futbolçu "Dinamo"ya yenə qələbə qazandırdı

"Qarabağ"a qol vuran futbolçu "Dinamo"ya yenə qələbə qazandırdı
Futbol
169
09 Avqust 2026 - 21:23

Supersport.Az xəbər verir ki, Ukrayna çempionatında "Veres"in qonağı olan "Dinamo Kiyev" qalib gəlib. Kiyev klubu 2:1 hesablı qələbə qazanıb. "Dinamo"dan Timçuk (38), Ponomarenko (90+2-pen) qol vurub. "Veres"dən Xaratin (53) fərqlənib. "Dinamo"çu Matvey Ponomarenko "Qarabağ"la Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında komandasının yeganə qələbə qolunu vurmuşdu.


Ukrayna premyer liqasında Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" 2 matçdan 6 xalla liderdir.


"Dinamo" bir oyundan 3 xalla 5-cidir.



Digər xəbərlər