Qurban Qurbanovun sorğu-sual günü müəyyənləşdi

Qurban Qurbanovun sorğu-sual günü müəyyənləşdi
Futbol
228
10 Avqust 2026 - 14:17

Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" (Ağdam, Azərbaycan) - "Dinamo"(Kiyev, Ukrayna) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 13:30-da "Azersun Arena"da keçiriləcək. Saat 18:45-də isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada nəzərdə tutulub.

 

Qonaq komandanın baş məşqçisi İqor Kostyukun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mətbuat konfransı saat 17:00-da başlayacaq. "Dinamo"nun ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 17:30-a planlaşdırılıb.

 


Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Dinamo" matçına saat 20:00-da start veriləcək.

Digər xəbərlər