"Neftçi" əcnəbi futbolçunu göndərdi
Futbol
73
15 Avqust 2026 - 08:21
Supersport.Az xəbər verir ki, "Neftçi"dən ayrılan İmad Faraj bundan sonra karyerasını Tunisin "Esperans" klubunda davam etdirəcək.
Azərbaycan komandası 27 yaşlı fransalı vingerin karyerasını yeni klubda davam etdirmək istəyini nəzərə alaraq, bu təklifi müsbət dəyərləndirib.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və artıq razılıq əldə olunub.
2025-ci ilin iyul ayında Kiprin"AEK Larnaka" klubundan "Neftçi"yə transfer olunan İmad Faraj bir mövsüm ərzində komandanın heyətində 34 rəsmi oyunda meydana çıxıb. Bu görüşlərdə 7 qol vuran və 6 məhsuldar ötürmə edən fransalı futbolçu "Neftçi"nin uğurları üçün öz töhfəsini verib.