"Qarabağ"dan ayrılan Abdullah Zubirdən vida mesajı
Futbol
53
16 Avqust 2026 - 15:22
"Qarabağ"dan ayrılan Abdullah Zubir Ağdam klubu ilə bağlı vida paylaşımı edib.
Supersport.Az xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək yazlb:
"8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır. Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənim üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm. Ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub".
Qeyd edək ki, Zubir karyerasını Qətərin "Əl-Şahaniya" klubunda davam etdirəcək.