"Tvente"nin kapitanı Pröpper: "Qarabağ"la maraqlı oyunlar olacaq"

"Tvente"nin kapitanı Pröpper: "Qarabağ"la maraqlı oyunlar olacaq"
Futbol
146
16 Avqust 2026 - 19:45

Supersport.Az xəbər verir ki, Niderland çempionatının ikinci turunda "Zvolle"ni məğlub edən "Tvente"nin kapitanı Robin Pröpper qələbəni şərh edib.


"Ötən həftə məğlubiyyətdən sonra bu, bizim üçün vacib bir qələbədir. Ümid etdiyimiz başlanğıc deyildi. İndi evdə oynayırdıq, qalib gəlməliydik və biz də qalib gəldik. Yaxşı bir matç idi. "Zvolle"yə daim təzyiq göstərirdik və çox qol imkanlarımız oldu. İndi "Qarabağ"la gözəl iki oyun olacaq".

Digər xəbərlər