AFFA "Kəpəz"lə "Sumqayıt"ı çox cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Supersport.Az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda yaşanan hadisələr müzakirə olunub və qərarlar verilib.
29.08.2026-cı il tarixində Azərbaycan Premyer Liqasında III turun “Qəbələ” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Qəbələ komandası 2500 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda Gəncə komandası 6 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz” koma 700 manat cərimələnib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” komandası 2500 manat cərimə olunub.
Matçda “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə təmsilçisi 3000 manat cərimə edilib.
30.08.2026-cı il tarixində Azərbaycan Premyer Liqasında III turun “Zirə” – “Neftçi” oyununun 70-ci dəqiqəsində “Neftçi” komandasının 14 nömrəli futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 500 manat cərimələnib.
Oyunun 80-ci dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə komanda 2000 manat cərimələnib.
31.08.2026-cı il tarixində III turun “Sumqayıt” – “Qarabağ” oyununda Sumqayıt komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Sumqayıt klubu 5000 manat cərimə edilib.
Oyunun 31-ci dəqiqəsində “Qarabağ” komandasının 20 nömrəli futbolçusu Kadi Borqes təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyuna buraxılmasın, “Qarabağ” komandası 3000 manat cərimə edilib. Sınaq müddəti 6 ay təyin olunub.