"Qəbələ" "İmişli"ni məğlub, "Şamaxı" "Kəpəz"i darmadağın etdi
Futbol
103
03 Sentyabr 2026 - 22:06
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Supersport.Az xəbər verir ki, ilk gündə iki qarşılaşma keçirilib.
Turun açılış matçında "Qəbələ" azarkeşləri önündə "İmişli"ni qəbul edib. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
Digər görüşdə "Kəpəz" Gəncə şəhər stadionunda "Şamaxı" ilə qarşılaşıb. Şamaxı klubu 4:1 hesablı qalib gəlib.
Azərbaycan Premyer Liqası
IV tur
4 sentyabr
18:00 "Qəbələ" - "İmişli" 2:1
Qollar: Kouya Mabea, 15, Kərim Rossi, 66 - Dioqo Almeeyda, 45+2
Qəbələ şəhər stadionu
20:15 "Kəpəz" - "Şamaxı" 1:4
Qollar: Desmond Akua, 56 - Tornike Axvlediani, 9, Uğur Cahangirov, 21, Ayman Buali, 63, Həbib İsmayılov, 76
Gəncə şəhər stadionu