"Sabah"ın "Mançester Yunayted"ə qarşı fərqli hazırlığı olacaq"
Futbol
124
05 Sentyabr 2026 - 22:45
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda "Mançester Yunayted"in qonağı olacaq "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyun ərəfəsində fikirlərini bildirib.
"Əlbəttə ki, Azərbaycan premyer liqasında oyun planı ilə İngiltərəyə gedib, "Old Trafford"da "Mançester Yunayted"ə qarşı oynaya bilməzsən. Düzdür, bizim kimliyimiz var. Bu da ondan ibarətdir ki, çalışdıqca hücumda daha çox fəal olmaq, daha çox qol vurmaqdır. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, bizim "Mançester Yunayted"ə qarşı fərqli planımız və hazırlığımız olacaq".