Kurban Berdıyev: "Qələbə yaxşı oyundan daha vacib idi"
Futbol
138
06 Sentyabr 2026 - 21:09
Supersport.Az xəbər verir ki, Azərbaycan premyer liqasının 4-cü turunda "Sumqayıt"ı məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyun haqda fikirlərini bildirib.
"Güman etdiyimiz kimi oyun ağır keçdi. Bu gün qələbə psixoloji cəhətdən yaxşı oyundan daha vacib idi. Bəzi epizodlarda pis oynamadıq. Ancaq bəzi məqamlar var ki, üzərində işləməliyik".