Qurban Qurbanov: "Qələbəyə sevinirik”
Futbol
155
06 Sentyabr 2026 - 22:58
Supersport.Az xəbər verir ki, Azərbaycan premyer liqasının IV turunun “Qarabağ” - “Araz-Naxçıvan” oyunundan (3:2) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda danışıb.
"Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Sonda 3 xalı qazanan tərəf olduq. Qarşımızda çox yaxşı müdafiə olunan, təhlükəli əks-hücumlara çıxan kollektiv var idi. Azarkeşlər üçün maraqlı oyun alındı, bol qollu mübarizə oldu. Qələbə qazandığımız üçün sevinirik. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm ki, hər matçda bizim yanımızda olurlar, futbolçuları dəstəkləyirlər".