Azərbaycan yığması məğlubiyyətlə başladı
Futbol
62
07 Sentyabr 2026 - 18:07
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da keçirilən qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz turnir çərçivəsində daha iki oyun keçirəcək.
09.09.2026, saat 14:30 (Bakı vaxtı)
Moldova U-18 – Azərbaycan U-17
“Technical Center of FAM”
11.09.2026, saat 14:30 (Bakı vaxtı)
Latviya U-17 – Azərbaycan U-17
“Technical Center of FAM”