Qurban Berdıyev Ehtiram Quliyev haqda: "Bu sualı niyə mənə verirsiniz?"
Futbol
148
11 Oktyabr 2026 - 21:21
Supersport.Az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının 7-ci turunun "Şəfa"(0:1) ilə görüşündən sonra keçirilən mətbuat konfansında fikirlərini bildirib.
"Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədə aldı. Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək".
"Son vaxtlar Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?" sualına Kurban Berdıyev belə cavab verib:
"Bu sualı niyə mənə verirsiniz? Bu sualı onun özünə versəniz, daha yaxşıdır. Biz bu barədə ümumiyyətlə eşitməmişik".