Elnur Məmmədli: "Möhtəşəm uğur qazandıq"

Elnur Məmmədli: "Möhtəşəm uğur qazandıq"
Olimpiya, Digər, Cüdo
88
12 Oktyabr 2026 - 15:45

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında nəticələrə qiymət verib.


"Doğrudan da, idmançılarımız çox möhtəşəm nəticələr əldə etdilər. "Doğma divarlar" arasında çıxış etmək bir tərəfdən rahat, digər tərəfdən isə çox çətindir. Rahatdır ona görə ki, doğma meydandır, azarkeşlərimiz yanımızdadır. Digər tərəfdən isə bu, müəyyən narahatlıq da yaradır. İdmançılar azarkeşləri, yaxınlarını görür və bu amil onların üzərində əlavə təzyiq yarada bilər. Bəzən bu, idmançıya mənfi təsir göstərir. Hamını təbrik edirəm".


Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Bakıda keçirilən dünya çempionatını rekord – 7 medal qazanıb. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Digər xəbərlər