Rəşad Rəsullu: "Dünya çempionatında nəticələri yüksək qiymətləndiririk"
Supersport.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakı-2026 cüdo üzrə dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında fikirlərini bildirib:
"Dünya çempionatı bizim üçün yaxşı nəticələrlə yadda qaldı. Hesab edirəm ki, bu yarış uzun müddət xatirələrdə xüsusi yer tutacaq".
R.Rəsullu əsas hədəfin 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunları olduğunu deyib:
"Azərbaycan Cüdo Federasiyası olaraq nəticələri yüksək qiymətləndiririk. 7 çəkidən 5-də medal qazanmışıq. 5 idmançımız ilk dəfə mundialda medal qazandı. Bütün bunlar heyətin dərinliyini göstərir. Əsas məqsədimiz 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadır".
Xatırladaq ki, Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medal qazanıblar.