"Qarabağ" Anar Hacıyevlə yolları ayırdı

"Qarabağ" Anar Hacıyevlə yolları ayırdı
Futbol
126
12 Oktyabr 2026 - 19:36

"Qarabağ" Futbol Klubunda kadr dəyişikliyi baş verib.


Supersport.Az xəbər verir ki, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.


2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb. Klubda fəaliyyəti dövründə nüfuzlu "Johan Cruyff" institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.


"Qarabağ" Futbol Klubu Anar Hacıyevə kluba göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.



Digər xəbərlər