"Traktor" texniki məğlubiyyət qərarını, "rəzalət" adlandırdı
Supersport.Az-ın məlumatına görə, İran futbolunda qalmaqalla bağlı qərar verilib.
Oktyabrın 18-də "Malavan" - "Traktor" matçı başlayan zaman qonaq komanda meydana çıxmaqdan imtina etmişdi.
Cənubi Azərbaycanın "Traktor" klubu, oyun başlamazdan əvvəl türklərə qarşı səsləndirilən irqçi, həmçinim futbolçularının namusuna yönəlmiş təhqiramiz şüarları əsas gətirərək, matçı oynamamaq qərarı vermişdi.
"Traktor" İran Futbol Federasiyasının xoşagəlməz olayla bağlı qərarını rəzalət hesab edib:
"Dünyada görünməmiş bir Rəzalət!
"Malavan" - "TRACTOR" oyunu ilə bağlı qərar açıqlandı!
"TRACTOR" irqçi şüalardan ötrü oyunu tərk etdiyi üçün "Malavan" 3:0 hesabı ilə qalib elan edildi!
Belə bir qərar dünyanın harasında olar?!"
"Traktor" klubunun sahibi Muhammed Rıza Zunuzi qərardan əvvəl, məğlubiyyət veriləcəyi təqdirdə proliqanı boykot, İran Futbol Federasiyasından beynəlxalq qurumlara şikayət edəcəklərini bəyan etmişdi.