"Turan"dan Qarabağ Dirçəliş Fonduna 50 min manat dəstək

"Turan"dan Qarabağ Dirçəliş Fonduna 50 min manat dəstək
Futbol
85
28 Oktyabr 2026 - 19:03

“Turan Tovuz”dan Qarabağın dirçəlişinə dəstək: QDF-ə 50 000 manat ianə və “Dirçəliş Kuboku”na əsas tərəfdaşlıq


“Turan Tovuz” futbol klubu bu ilin 3 oktyabr tarixində Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə keçirdiyi yoldaşlıq oyunundan əldə etdiyi 50 000 manat vəsaiti Qarabağ Dirçəliş Fonduna (QDF) ianə edib. 


Bununla yanaşı, klub Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin də əsas tərəfdaşı kimi çıxış edəcək.


Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu ilə “Turan Tovuz” futbol klubu arasında birgə fəaliyyət və səmərəli əməkdaşlığın əsası 28 sentyabr 2026-cı il tarixində QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev və klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev tərəfindən imzalanmış Anlaşma Memorandumu ilə qoyulub.


Peşəkar futbol klubunun bu xeyriyyə turnirinə əsas tərəfdaş qismində dəstək verməsi idmanın yalnız meydandakı rəqabətdən ibarət olmadığını və bütün idman ictimaiyyətinin Qarabağın dirçəlişi kimi ali bir məqsəd ətrafında sıx birləşdiyini nümayiş etdirir. 


Qarabağ Dirçəliş Fondu bu təqdirəlayiq təşəbbüsə və göstərilən dəstəyə görə “Turan Tovuz” futbol klubuna təşəkkürünü bildirir.


 

Digər xəbərlər