"Kriştiano Ronaldo meydanda gəzişir, mane olur, qorxurlar"

"Kriştiano Ronaldo meydanda gəzişir, mane olur, qorxurlar"
Futbol
102
24 Noyabr 2026 - 09:00

Supersport.Az-ın məlumatına görə, "Ən-Nəsr"in sabiq futbolçusu Hüseyn Əl-Süleymani komandanın hücumçusu Kriştiano Ronaldonu sərt tənqid edib.


Keçmiş futbolçunun fikrincə, portuqaliyalı ulduz artıq oyunların taleyini həll etmək gücündə deyil və hətta komandaya mane olur.


"Ronaldo böyük futbolçudur, lakin artıq oyunun gedişatını dəyişə bilmir. "Ən-Nəsr"ə bütün 90 dəqiqə ərzində sadəcə meydanda gəzişən yox, özü qol epizodları yaradan hücumçu lazımdır. Ronaldonun pərəstişkarlarından qorxduqları üçün heç kim bu barədə danışmağa cəsarət etmir, amma o, komandaya mane olur" ("Kooora").


Qeyd edək ki, Ronaldo 2023-cü ildən Ər-Riyad təmsilçisində çıxış edir. 41 yaşlı portuqaliyalı bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib və 10 qol vurub. Kriştianonun hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər xəbərlər