Joze Mourinyo Arda Güleri ehtiyata göndərdi
Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasında PSV ilə matça hazırlaşan "Real Madrid"də baş məşqçi Joze Mourinyo oyundan əvvəl heyətlə bağlı açıqlama verib. Sıx oyun qrafiki səbəbindən rotasiyaya əl atmağı düşünən portuqaliyalı mütəxəssis, Türkiyə yığmasının futbolçu Arda Gülərin görüşə ehtiyat oyunçular skamyasında başlayacağını bildirib.
Həm İspaniya La Liqasında, həm də Avropa arenasında mühüm qarşılaşmalara çıxan "Real Madrid"də məşqçilər korpusu futbolçuların fiziki durumunu nəzərə alaraq PSV matçında bir sıra dəyişikliklər etməyi planlaşdırır.
Baş məşqçi Joze Mourinyonun sıx təqvim səbəbindən start heyətində rotasiyaya gedəcəyi gözlənilir. Portuqaliyalı mütəxəssis komandanın fiziki gücünü qorumaq məqsədilə heyət seçimlərini bu istiqamətdə formalaşdıracaq.
Arda Güler qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlaya və oyunun gedişatına uyğun olaraq sonradan meydana buraxıla bilər.