Hacı Əliyevlə Eldəniz Əzizli ustad dərsi keçdi - Video

Hacı Əliyevlə Eldəniz Əzizli ustad dərsi keçdi - Video
Futbol, Eksklüziv, Tribuna, Video
371
03 Noyabr 2025 - 20:31

Supersport.Az Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkil etdiyi III Zəfər İdman Festivalı çərçivəsində ustad dərsindən videogörüntü hazırlayıb.


AzMİU İdman klubunda sərbəst güləş üzrə 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev və yunan-Roma güləşi üzrə 4 qat dünya, 2 qat Avropa çempionu Eldəniz Əzizli yeniyetmə və gənc güləşçilər üçün master-klass keçib.


H.Əliyev nəzəri hissədə güləşdə qazandığı zəfərlərdən və uğurlara gedən yoldan danışmaqla yanaşı, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıb.


Praktiki hissədə isə E.Əzizli müxtəlif fəndlərin icrasını nümayiş etdirib. Xalça üzərində tarix yazan güləşçilərimiz bildiriblər ki, uğurlu idmançı olmaq üçün yalnız zalda məşq etmək kifayət etmir, bunda təhsil və mənəvi inkişaf da mühüm rol oynayır.


Tədbirin sonunda məşhur idmançılar tələbələrin müxtəlif suallarını cavablandırıb.

Digər xəbərlər