Roberto Karlos İslam dinini seçdi: "Doğru yol budur, xoşbəxtəm"
Supersport.Az-ın məlumatına görə, dünyanın futbolunun məşhur simalarından biri, braziliyalı Roberto Karlos İslam dinini qəbul edib.
R.Karlos bununla doğru yolu tapdığını və xoşbəxt olduğunu bildirib.
Türkiyənin AK Partiyasının Qaziantep millət vəkili Ali Şahin Roberto Karlosun İslam dinini qəbul etdiyini sosial media hesabında açıqlayıb.
Ali Şahin, Braziliyanın San Paulo şəhərində İslam dünyasında nüfuzlu şəxs olan Şeyx Cihad Hammadeh və Braziliya İslam Xeyriyyə Gənclər Birliyinin nümayəndələri ilə görüşdüyünü bildirib.
"Şeyx Cihad Hammadeh dünya və Braziliya futbolunun əfsanəvi siması, "Fenerbahçe"nin keçmiş oyunçusu Roberto Karlosun uzun müddətdir onunla əlaqə saxladığını, dörd həftə əvvəl onu ziyarət etdiyini, Kəlimeyi-Şəhadət kəlməsini oxuduğunu və İslamı seçdiyini açıqladı. Roberto Karlosu İslamı qəbul etməsi münasibətilə təbrik edir, ona və ailəsinə sülh, sağlamlıq və bərəkət dolu bir həyat arzulayırıq".
R.Karlos "Real Madrid", "Fenerbahçe"də böyük uğurlar qazanıb, "Sivasspor"da məşqçi kimi çalışıb.