Valdas Dambrauskas: "Həmişə autsayder kimi görünmüşük"

Valdas Dambrauskas: "Həmişə autsayder kimi görünmüşük"
Futbol
113
18 Avqust 2026 - 23:00

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında Rumlniyada "Hapoel"lə qarşılaşacaq "Sabah"ın baş məşqçisi  Valdas Dambrauskas fikirlərini bildirib.


"UEFA Çempionlar Liqasının pley-off mərhələsi xüsusi həyəcan doğurur. Klubumuz tarixində ilk dəfə bu raundda iştirak edir. Biz bu oyunu böyük səbirsizliklə gözləyirik.


İki həftədən sonra komandalardan biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Biz bu yola başlayanda heç vaxt favorit hesab edilməmişik. Həmişə autsayder kimi görünmüşük. Eyni şeyi rəqibimiz haqqında da demək olar. Amma burada oynamağa layiq olduğumuzu sübut etmişik. İndi isə bizi maraqlı mübarizə gözləyir. Çünki bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq”.

Digər xəbərlər