Tahir Gözəl: "Rövşən Nəcəfdən cavab gözləyirəm" - Video

Tahir Gözəl: "Rövşən Nəcəfdən cavab gözləyirəm" - Video
Futbol, Eksklüziv, Tribuna, Video
553
07 Noyabr 2025 - 21:11

Supersport.Az-a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl Suraxanıda klubun bazasına yaxın ərazidə torpaq verilməsi üçün SOCAR, AFFA prezidenti Rövşən Nəcəfə müraciətinə cavab gəlmədiyini bildirib. 


Ağdam klubunun rəhbəri deyib ki, əsas komanda möhtəşəm zəfərlər qazansa da, yeniyetmə, gənc heyətlərə şərait qura bilmədiklərindən şikayətlənib.


"Hələ ki, cavab gəlməyib, gözləyirik. "Qarabağ"ın əsas komandası möhtəşəm zəfərlər qazansa da, yeniyetmə, gənc heyətlər üçün infrastruktur, məşq meydançası olmaması məni çox narahat edir. Klubumuz bu baxımdan öhdəliyi yerinə yetirə bilmir. Buna görə də özümüzlə fəxr edə bilmirəm. Komanda rəhbəri, biznesmen olaraq akademiya qurulmasına maliyyə ayırmağa hazıram. Ancaq həmin ərazinin təyinatı müəmmalıdır. İnşAllah ümid edirəm ki, Rövşən Nəcəf müsbət cavab verəcək.



Digər xəbərlər