AFFA baş katibi Cahangir Fərəcullayevin boş əməlləri, qorxaqlığı
AFFA rəhbərliyinin yarıtmaz fəaliyyəti, nağılları, boş sözləri çoxdur.
Rövşən Nəcəfin 1 il 8 aylıq vəzifədə olduğu müddət futbolun durumu sıfıra düşdü. Ölkənin yığma komandaları biabırçı məğlubiyyətlərə öyrəşib, milli isə qələbənin nə olduğunu bilmir. Əlbəttə ki, bunda AFFA-yla birgə klublar da məsuliyyət daşıyırlar.
AFFA rəhbərliyi ölkəni biabır etməklə məşğuldur.
Rövşən Nəcəfin kadr seçimi də səhvdir. 9 ay əvvəl baş katib postuna gətirilən Cahangir Fərəcullayev daha çox boş işlərlə məşğul olub, şəkil çəkdirməklə gündəmi zəbt edib, oyunlarda nadir hallarda görünür.
Cahangir Fərəcullayev AFFA-nın Hesabat Konfransında "Hazırkı durumda hər şeyə sıfırdan başlamalıyıq, ev tikməliyik. Uşaq futbolu yaralı yerimizdir. İnfrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək" fikirlərini söyləsə də, bu söz olaraq qaldı. Baş katibin əməllərinin boş olduğunun şahidi olduq. Təcrübəli mütəxəssis Qurban Qurbanov 8 il əvvəl sıfırdan başlamağı bildirmişdi.
Bu gün İslandiya ilə oyun ərəfəsində 8-ci km stadionuna Azərbaycan millisinin məşqinə gələn AFFA rəsmisi Cahangir Fərəcullayevə yığma komandaların biabırçı çıxışları, milyonlar hesabına xaricilərə yazdırılan strategiyanın "yatızdırılması"nın səbəbləri, qurumun tənqid hədəfində olmasıyla bağlı suallar versək də, baş katib qorxdu, qaçmağı üstün tutdu, dedi ki, danışmayacaq.
Supersport.Az