Ayxan Abbasov bərbad yığma komandanı təriflədi - Video

Ayxan Abbasov bərbad yığma komandanı təriflədi - Video
Futbol, Eksklüziv, Tribuna, Video
529
17 Noyabr 2025 - 02:43

Supersport.Az dünya çempionatının seçmə mərhələsinin qrup yarışının son oyununda Fransaya məğlub olan Azərbaycan futbol yığmasının baş məşqçisi Ayxan Abbasovun matç haqda fikirlərini videogörüntüyə alıb. Azərbaycanın bərbad komandası 6 oyunda cəmi 1 xalla qrupda sonuncu olsa da, Abbasov, futbolçuları tərifləyib.



"Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır ki, milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq, istəkli olaq. İslandiya oyununda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox istəyirdik. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha da üstümüzə gəldi. Mübarizə gedirdi. Şahruddin Məhəmmədəliyevin zədəsi təsir etdi. Üçüncü qol zamanı istəyirdi sona qədər dayansın. Üçüncü qolda kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Tsikl bitdi. İrəliyə baxacağıq".


Digər xəbərlər