"İmişli" AFFA-ya kəskin etiraz bildirdi
Supersport.Az-ın məlumatına görə, "İmişli" Futbol Klubu AFFA-nın bərbad hakimlərinə qarşı çıxıb.
Bölgə təmsilçisi bu haqda bəyanat verib:
"Hakim səhvlərinə görə xal itkiləri komandamız üçün ağır zərbədir. “İmişli - “Sabah” və “Qəbələ” - “Araz” oyunlarındakı epizodlar eynidir, biri qol sayılır digəri isə yox. Epizodları sizin ixtiyarınıza buraxırıq. Biz futbolda ədalətli qərarlar tələb edirik!"
Qeyd edək ki, "Sabah"ın rəhbərliyi də AFFA rəhbərliyində yer alır və hakimlər dəfələrlə bu kluba kömək edib.
"İmişli" - "Sabah" matçının baş hakimi, FİFA referisi Elçin Məsiyev olub. Məsiyev AFFA rəhbərliyinin sevimli hakimlərindən hesab olunur. Elçin Məsiyev "İmişli"nin "Sabah"a vurduğu təmiz qolu saymayıb.
"Qəbələ" - "Araz" oyununda isə baş hakim Kamal Umudlu olub.